Bu gün Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir.

Maliyye.net Marja.az-a istinadən xəbər verir ki, hərracdan öncə banklarda Dolların ucuzlaşması davam edir.

“Marja” xəbər verir ki, Dolların satış qiymətini AtaBank 1.77 manatdan 1.76 manata, Bank of Baku 1.75 manatdan 1.7450 manata, AzərtTürkBank 1.76 manatdan 1.7550 manata, Bank VTB Azərbaycan 1.77 manatdan 1.76 manata, PAŞA Bank 1.7650 manatdan 1.76 manata, NBC Bank isə 1.75 manatdan 1.7450, Beynəlxalq Bank 1.79 manatdan 1.78 manata endirib.

Ötən həftənin Cümə axşamı, Cümə və bu həftənin Bazar ertəsi günü də banklarda Dolların ucuzlaşması müşahidə olunub.

İstinad : marja.az

loading...