Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.

Maliyye.net Marja.az-a istinadən xəbər verir ki, 12 may 2017-ci il tarixində keçiriləcək hərrac ilə 250 milyon manat cəlb edilməsi planlaşdırılır. Bundan əvvəlki həracda Mərkəzi Bank 200 milyon manat cəlb etmişdi.

Hərrac hibrid hərrac formasında keçiriləcək.

Müddət 14 gün, faiz dərəcəsi 12,01% – 14,99% müəyyən olunub.

Qeyd edək ki, 08.05.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 504.7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,70% təşkil etmişdir.

Qeyd edək ki, 504.7 milyon manatlıq tələb indiyədək qeydə alınmış ən böyük tələb idi. Həmçinin depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi daha da aşağı düşür.

AMB depozit hərraclarının keçirilməsinə ötən ilin iyun ayında başlayıb.

Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.

İstinad : marja.az

loading...